Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89713
az

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi əks-hücumun tezliklə başlanılacağını açıqlayıb

21:3623 May, 2023
84
DÜNYA
  • A

Ukrayna əks-hücuma keçmək üçün lazımi minimum silaha malikdir. Lakin işğalçıları ərazilərdən sıxışdırıb çıxarmaq üçün daha çox silah, o cümlədən Qərb qırıcıları lazımdır.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

“Bir çox dinc sakin hələ də Rusiyanın işğalı altındadır və artıq itirməyə vaxtımız yoxdur. Bizdə artıq lazımi minimum silah var. Yalnız onu deyə bilərəm ki, bu (əks-hücum – red.), tezliklə başlanılacaq”, - Budanov vurğulayıb.

Eyni zamanda o, işğal olunmuş ərazilərin azad edilməsi üçün ölkəsinin daha çox silah, xüsusən də qırıcılara gərək duyduğunu diqqətə çatdırıb:

“Biz Rusiyanı öz ərazimizdən çıxarmalıyıq. Bu məqsədə çatmaq üçün bütün güc və vasitələrdən istifadə etməliyik. Əməliyyatı uğurla uzatmaq üçün bizə böyük silah və sursat ehtiyatı lazımdır”.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ