Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89661
az

Türkiyədə İran kəşfiyyatına işləyən agentlər ələ keçirilib

10:3023 May, 2023
71
  • A

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Türkiyədə İran kəşfiyyatına işləyən agentlərə qarşı yeni əməliyyat keçirib.

Oxu24.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İsrailin xarici kəşfiyyat xidməti - “Mossad” tərəfindən Avropada təlim keçmiş Səlcuq Küçükkaya və daha 12 nəfər ələ keçirilib.

Məlumata görə, S.Küçükkaya qruplaşmanın lideri olub.

Bildirilib ki, İstanbul Baş Prokurorluğunun il yarım qabaq başlatdığı istintaq çərçivəsində casusların ələ keçirilməsi istiqamətində MİT və Baş Prokurorluq arasında koordinasiyalı addımlar atılıb. Qruplaşma il yarım ərzində daim diqqətdə olub, addım-addım izlənib.

Qeyd olunub ki, S.Küçükkaya və “Mossad” üzvləri arasında müzakirələr adətən Avropanın müxtəlif ölkələrində baş tuturdu. S.Küçükkaya həmin danışıqlar zamanı müxtəlif testlərdən keçib. Beşinci görüşdə S.Küçükkayaya casusluq təklif olunub.

Məlumata görə, daha 2 şübhəlinin ələ keçirilməsi istiqamətində işlər davam edir.

Agentlərin İranla yanaşı, həm də İsrail və Rusiya ilə əlaqədə olduqları vurğulanıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı