Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89644
az

Avropa İttifaqı İrana qarşı 8-ci sanksiya paketini tətbiq edib

21:4722 May, 2023
124
DÜNYA
  • A

Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkəyə qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib.

Oxu24.com  xəbər verir ki, bu barədə İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“İcazənizlə konkret qərardan - insan haqlarının pozulmasına görə İrana qarşı səkkizinci sanksiyalar paketinin tətbiqindən başlayım”, - deyə o, çıxışında bildirib.

Bazar ertəsi Aİ ölkədə insan haqlarının pozulmasına görə İrana qarşı sayca səkkizinci sanksiyalar paketini tətbiq edərək 5 nəfəri və 2 təşkilatı “qara siyahı”ya əlavə edib.

“Qara siyahı” ya salınmış bütün fiziki və hüquqi şəxslər ölkədə etirazların yatırılmasına cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ilə əlaqəlidir.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər