Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89611
az

Paşinyan oğlunun oğurlanması cəhdinə münasibət bildirib

13:2522 May, 2023
106
DÜNYA
  • A

“Oğlumun şikayət ərizəsini geri götürməsini istəməmişəm, o, öz qənaəti ilə məni bu imkandan məhrum edib”.

Oxu24.com  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O, oğlundan onun qaçırılması cəhdi ilə bağlı şikayət ərizəsini geri götürməsini istəmədiyini vurğulayıb: “Bu məsələ ilə bağlı birinci danışığımızda Aşot məni bu xahiş və müraciətdən məhrum edib”.

N.Paşinyan əlavə edib ki, hadisə baş verən zaman ölkədə olmayıb: “Səfərdən qayıdandan sonra oğlum məndən soruşdu ki, “əsas məqsəd bütün məsələləri Ermənistan qanunları ilə həll edilməsində deyil?” Mən bu faktı necə qarşılamalıyam”?

Baş nazirin sözlərinə görə, A.Paşinyan daha sonra bildirib ki, bütün vətəndaşların problemləri məhkəmə qaydasında həll edilməlidir.

N.Paşinyan deyib ki, bundan sonra oğlundan məsələ ilə bağlı xahiş etməyə heç bir arqumenti qalmayıb.

Qeyd edək ki, Qayane Akopyan mayın 17-də baş nazir N.Paşinyanın oğlu Aşotu qaçırmağa cəhddə şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etməyib, buna etiraz olaraq aclıq aksiyasına keçirib. Mayın 20-də məhkəmə onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.

 

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada tanınmış jurnalist vəfat edib
Kiyevə Krımı Britaniya silahları ilə vurmağa icazə verilir
Polşa prezidenti Patriotun Ukraynaya verilməsinin mümkünsüzlüyünü açıqlayıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı