Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89571
az

Zelenski Yaponiya və Cənubi Koreyanı Ukraynaya silah verməyə çağırıb

18:3121 May, 2023
91
DÜNYA
  • A

"Yaponiya və Cənubi Koreyadan Ukraynanı Rusiya təcavüzündən qorumağa kömək edəcək öldürücü silahlar göndərməsini istədik".

Oxu24.com  CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski bildirib ki, o, bu məsələdə qanunvericilik və konstitusiya ilə bağlı çətinliklərin olduğunu başa düşür.

Prezident qeyd edib ki, Ukraynadakı müharibənin diplomatik həlli BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörmət əsasında mümkündür.

“Rusiyanın qoşunları bizim ərazimizdə olduğu, ərazi bütövlüyümüzü və suverenliyimizi pozduğu halda onun heç bir diplomatik şansı yoxdur. Biz hamımız başa düşürük ki, qoşunları Ukrayna ərazisində olarkən heç kimin Rusiya ilə heç bir əlaqəsi olmayacaq”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, Yaponiya və Cənubi Koreya Ukraynaya silah verməyən, təkcə humanitar yardımların tədarükü ilə məhdudlaşan ölkələr sırasındadır. Bunun əsas səbəbi başqa ölkələrə silah ixracını məhdudlaşdıran qanunvericilikdir.

Bununla belə, Yaponiya infrastrukturun bərpası üçün Ukraynaya 400 milyon dollar ayırmağı planlaşdırır.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi