Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89518
az

Xordad hadisələrinin ildönümü ilə bağlı Berlində etiraz aksiyası keçirilir - VİDEO

18:3020 May, 2023
99
DÜNYA
  • A

Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə bağlı keçirilən aksiyanın iştirakçıları meydana toplaşıb.

Etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqları Berlinin "Unter Der Linden" meydanına gəliblər.

Aksiyanın şüarı "Azadlıq, Ədalət, Milli Hökumət"dir.

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi fəallıqları ilə seçilirlər.

Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti "İran" rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.

Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.

Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə - 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
Rusiyanın pulları Ukrayna üçün xərclənəcək

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR