Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89446
az

Ukrayna son sutkada Baxmutda 500 metr irəliləyib

17:5519 May, 2023
124
DÜNYA
  • A

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Baxmutda daha 500 metr irəliləyib.

Oxu24.com “Ukrinform”a istinadən xəbər verir ki, bunu ölkənin Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

Onun sözlərinə görə, son sutkada bu istiqamətdə Rusiya ordusunun 141 hərbçisi öldürülüb: “Eyni zamanda 220 nəfər yaralanıb, daha 1 hərbçi isə əsir götürülüb. Həmçinin düşmənin 1 tankı, 1 BMP-si, 3 topu, 4 “Orlan” tipli PUA-sı, 3 silah-sursat anbarı məhv edilib”.

Baxmutun Rusiya ordusu üçün prioritet olaraq qaldığını söyləyən S.Çerevatı bildirib ki, buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri onların hücumlarını dəf edir. O, cinahlarda düşmənə ciddi təzyiqlər göstərdiklərini vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi həmçinin Baxmutun tamamilə ələ keçirilməsinə dair Rusiyanın iddialarının tamamilə əsassız olduğunu qeyd edib.

Qeyd edək ki, 8 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər