Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89220
az

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rusiyalıları casusluğa çağırıb

14:5816 May, 2023
99
DÜNYA
  • A

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rusiyalıları casusluq etməyə çağıran video hazırlayıb.

Oxu24.com  xəbər verir ki, MKİ-nin rus dilində hazırlayaraq müxtəlif platformalar vasitəsilə paylaşdığı videoda ABŞ-a casusluq etmək istəyən rusiyalılara müraciət edilib:


“İqtisadiyyat və ya Rusiya Federasiyasının rəhbərliyi ilə bağlı səndə məlumatlar var? Bizimlə əlaqəyə keç”, - videonun mesajında qeyd edilib.

MKİ casusluq etmək istəyənlərlə əlaqəyə keçmək məqsədilə özü də “Telegram” kanalında hesab açıb.

Təqdim olunan videoda işindən və həyatından narazı rusiyalı qadın və kişi dövlət məmurları obrazı təsvir edilir. Çarxın sonunda onların öz smartfonları ilə MKİ ilə əlaqəyə keçdiyi təsvir edilir.

“MKİ Rusiya haqqında həqiqətləri bilmək istəyir və biz həqiqəti bilən, bu barədə danışa bilən etibarlı insanlar axtarırıq”, - paylaşılmış videoda qeyd olunub.

MKİ rusiyalılara Tor brouzeri vasitəsilə “DarkWeb”ə daxil ola biləcəkləri şifrələnmiş link təqdim də edib və bunun qurumla əlaqəyə keçmək üçün təhlükəsiz olduğunu bildirib.

Adı açıqlanmayan MKİ rəsmisinin AFP-yə açıqlamasında bildirilib ki, qurum öz kampaniyasında əsasən, “Telegram” platformasına fokuslanıb.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü