Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89183
az

Kılıçdaroğlunun müavini istefa verdi - FOTO

10:1816 May, 2023
84
DÜNYA
  • A

CHP-nin sədr müavini Onursal Adıgözəl istefa verib. 

 

Oxu24.com xəbər verir ki, o, "Twitter" hesabında istefa ərizəsini təqdim edib. 

 

Məlumata görə, istefaya səbəb Adıgözəlin sosial mediada tənqidlərə cavabı olub. 

 

Belə ki, CHP-nin mayın 14-ü axşam saatlarında seçkinin nəticələrini rəsmi şəkildə TV-də dərc etməməsi böyük reaksiyalara səbəb olub. O, vətəndaşlara cavabında "Cümhuriyyət Xalq Partiyası olaraq heç vaxt hər kəs üçün əlçatan bir seçki nəticələri ekranı yayımlamaq öhdəliyi götürməmişik", - deyə qeyd etmişdi. 

 

Bu açıqlamadan saatlar sonra CHP sədri Kamal Kılıçdaroğlu CHP İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə müavinini Onursal Adıgözəli vəzifəsindən azad edib.

 

Adıgüzel sosial media hesabından açıqlamasında bunları deyib: "İctimaidəki mənfi rəyə görə, 2018-ci ildən bəri davam etdirdiyim işimi, liderimiz cənab Kamal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün, sistemlərimizin axşam saatlarında işləməsinə baxmayaraq, vəzifəmi tərk edirəm. Seçkilərdə heç bir texniki problem yox idi".(Unikal)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ