Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88929
az

Ukrayna ordusu Baxmutda yeni əraziləri işğaldan azad edib

12:5013 May, 2023
72
DÜNYA
  • A

Ukrayna ordusu Baxmut şəhərində Rusiya qoşunlarını azı daha bir kilometr geri sıxışdırıb.

Oxu24.com  UNIAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britanyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son dörd gün ərzində Rusiyanın 72-ci əlahiddə motoatıcı briqadasının hissələri ağır itkilər verərək, eyni zamanda fiziki və mənəvi baxımdan zəifləmiş vəziyyətdə Baxmutun cənub cinahındakı mövqelərindən geri çəkilib.

Məlumata görə, Ukrayna ordusu Baxmutda azı bir kilometr ərazini azad ediblər.

Qeyd edək ki, ötən gün Baxmut şəhərinin 2 km ərazisinin Ukrayna müdafiəçiləri tərəfindən Rusiya hərbçilərindən azad etdildiyinə dair xəbər yayılmışdı.

Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin hərbçilərinin Baxmutda cinahları boşaltdığı və qaçdığı barədə video-açıqlama yaymışdı.

Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorodda dron hücumu təhlükəsi elan edildi
İran ABŞ şirkətlərini sanksiya siyahısına saldı
Məşhur aktrisa ana olduqdan sonra yaşadıqlarını danışdı - FOTO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı