Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88826
az

Almaniya kansleri 13 ildən sonra ilk dəfə Seula səfər edəcək

22:5311 May, 2023
127
DÜNYA
  • A

Almaniya Kansleri Olaf Şolts mayın 21-də Seula səfər edəcək və Koreya Respublikasının Prezidenti Yun Suk Yol ilə danışıqlar aparacaq.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Cənubi Koreya liderinin administrasiyasının rəsmi nümayəndəsi Li Do Un məlumat verib.

“Bu səfərin iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq problemlərin həllində köhnə dostumuz Almaniya ilə əməkdaşlığın dərinləşdirilməsi üçün dəyərli imkan olacağını gözləyirik”, - Li Do Un bildirib.

O.Şolts Hirosimada keçiriləcək “Böyük yeddilik” (G-7) sammitində iştirak etdikdən sonra Koreya yarımadasının cənubuna gələcək. O həmçinin Şimali Koreya ilə sərhəddəki hərbsizləşdirilmiş zonaya da baş çəkəcək.

Qeyd edək ki, bu, Almaniya hökumətinin başçısının 2010-cu ildən bəri Cənubi Koreyaya ilk səfəri olacaq.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail Qəzzada daha 40 nəfərin həyatına son qoyub
Rusiya: Xarkovda yaşayış məntəqəsini ələ keçirdik
Surovikin Kremldə görüntülənib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı