Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88821
az

Messini gördü və özünü itirdi: Mən yuxu görürəm - VİDEO

21:4011 May, 2023
514
DÜNYA
  • A

Tennisçi Karlos Alkaras və PSJ-nin üzvü Lionel Messi arasında "Laureus World Sports Awards"da baş tuan görüş diqqət mərkəzinə düşüb.

OXU24.COM  xəbər verir ki, həmin anlar indidən bu il üçün idman dünyasının ən gözəl görüşü hesab edilir.

Dünyanın 2 nömrəli raketka ustası Alkaras qırmızı xalça üzərində müsahibə verərkən Messinin ona tərəf yaxınlaşdığın görüb. Həmin an gülümsəyən ispaniyalı deyib:

"Bu dəlilikdir. Mən onunla əvvəllər heç vaxt görüşməmişəm. Onu burada, bir neçə metr aralıda görmək dəlilikdir. Düzünü desəm, bu mənim üçün dəlilikdir".
Ətraflı
Ad - 00:17

Bu sözlərdən sonra müxbir tennisçini Leo ilə əl sıxmağa dəvət edib. "Mən yuxu görürəm. Mən bunu etməyi xəyal edirəm", - deyə Karlos bildirib.

Tennisçi sonra Messi və həyat yoldaşı Antonella Rokuzzoya yaxınlaşaraq onlarla görüşüb. Bu görüntü tədbirdə iştirak edən hər kəsin marağına səbəb olub. Alkarasın həyəcanı isə aşkar şəkildə hiss olunub.

Həmin axşam Lionel "İlin İdmançısı" mükafatına layiq görülüb. O, bu nominasiyada komanda yoldaşı Kilian Mbappe və "Formula 1" pilotu Maks Ferstappeni qabaqlayıb. Argentina millisi ilə dünya çempionatında qazandığı qələbəyə görə ona "ən yaxşı komandanın üzvü" mükafatı da təqdim olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messinin ölməz olmasını istəyirlər: Di Mariyanın da…
Premyer Liqa klubları razılaşdı: maaş limiti tətbiq olunacaq

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər