Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88774
az

Bundestaq 50 ədəd “Puma” PDM-inin alışını təsdiqləyib

23:2510 May, 2023
141
DÜNYA
  • A

Almaniya parlamentinin (Bundestaq) Büdcə Komitəsi Almaniya Silahlı Qüvvələri (Bundesver) üçün daha 50 ədəd “Puma” markalı piyadaların döyüş maşınının (PDM) alışını təsdiqləyib.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, çərşənbə günü siyasətçilər Almaniya hökumətinin təxminən 1,5 milyard avro xərcləmək niyyətində olduğu silahlanma proqramını təsdiqləyiblər.

DPA yazır ki, hakim “İşıqfor” koalisiyası, hərbi texnika ilə bağlı problemlər hələ də aradan qaldırılmamış olsa belə, PDM alınmasını Almaniya Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün vacib hesab edir. “İkinci partiya “Puma” alışı özündə ciddi maliyyə risklərini ehtiva edir. Sistem texniki cəhətdən də tam sınaqdan keçirilməyib. Bununla belə, Bundesverin avadanlıqlarındakı boşluqları aradan qaldırmaq üçün sifariş indi verilməlidir”, - Büdcə Komitəsinin üzvü Sebastyan Şefer bildirib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

16 yaşlı qız yeni doğulmuş körpəsini çantada xəstəxanaya apardı
Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı