Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88711
az

Aİ Semyon Peqova qarşı sanksiyalar tətbiq etməyi təklif edir

11:4210 May, 2023
88
DÜNYA
  • A

Avropa İttifaqı (Aİ) Rusiyadan olan 12 şəxsə və üç Rusiya KİV-nə Ukraynadakı müharibə ilə bağlı dezinformasiya yaydıqlarına görə sanksiya tətbiq etməyi təklif edir.

Oxu24.com “EUobserver”ə istinadən xəbər verir ki, Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin fəxri sədri Sergey Karaqanov və “WarGonzo” layihəsinin hərbi müxbiri Semyon Peqov sanksiyalar siyahısına daxil edilə bilər.

Bundan əlavə, “Euobserver”in məlumatına görə, Aİ öz ərazisində “Oriental Review” portalını, həmçinin “RT Balkan” və “Tsargrad” telekanallarını yasaqlamaq niyyətindədir.

Qeyd olunub ki, Avropa Komissiyası (AK) Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərə Dəstək və Hüquqlarını Müdafiə Fonduna da sanksiyalar tətbiq etməyi təklif edir. Qara siyahıda Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğlu Artyomun da ola biləcəyi bildirilib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb