Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88657
az

PKK-nın PUA istehsalçısı zərərsizləşdirilib

20:2208 May, 2023
50
  • A

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat çərçivəsində PKK/KCK-nın xüsusi təyinatlı aviasiya bölməsinin səlahiyyətli şəxslərindən biri, Dəniz Bahri kod adlı Tekin Okan zərərsizləşdirilib.

Oxu24.com NTV-yə istinadən xəbər verir ki, zərərsizləşdirilən şəxsin 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA-larla hücumlarını idarə etdiyi qeyd olunub. Onun sözügedən hücumlarda istifadə edilən pilotsuz uçuş aparatlarını dizayn edib istehsal etdiyi müəyyənləşdirilib.


Onun sözügedən hücumlarda istifadə edilən pilotsuz uçan aparatlarını dizayn edib istehsal etdiyi müəyyənləşdirilib.

Ötən illərdə Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı PUA hücumlarına görə Milli Kəşfiyyat İdarəsi tərəfindən hədəf siyahısına daxil edilib.

Qeyd olunub ki, araşdırmalar zamanı Tekin Okanın PUA istehsalı üçün tez-tez İraq və Suriya arasında hərəkət etdiyi müəyyənləşdirilib. Daha sonra İdarənin agentləri fəaliyyət keçib və aparılan əməliyyat çərçivəsində o, zərərsizləşdirilib.

 

Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək