Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88656
az

Kanada Çin diplomatını ölkədən çıxarıb

23:1908 May, 2023
54
DÜNYA
  • A

Kanada xarici işlər naziri Melani Coli Torontoda fəaliyyət göstərən çinli diplomat Zhao Veyi “persona non qrata” elan edib.

Oxu24.com  BBC-yə istinadən xəbər verir ki, Çin diplomatı Kanada parlamentinin üzvü Maykl Çonqa hədə-qorxu gəlmə sxemində iştirak etməkdə ittiham edilir.

Ətraflı
Kanada hökumətinin müvafiq addımı ölkə kəşfiyyatının “Globe and Mail” qəzetində dərc edilmiş hesabatından sonra addım atdığı bildirilir. Sözegedən yazıda qeyd olunub ki, çinli diplomat Zhao Pekinin uyğurlara münasibətini tənqid etməsindən sonra kanadalı deputat Maykl Çonq barəsində məlumat toplanmasında iştirak edib.

Əlavə olunub ki, Kanadanın kəşfiyyat idarəsi Çinin Maykl Çonqun anti-Çin mövqeyinin qarşısını almaq məqsədilə onun Honq Konqdakı qohumları barəsində məlumat əldə etməyə çalışmasına inanır.

Kanadalı siyasətçi Maykl Çonq 2021-ci ildə parlamentdə Çinin uyğurlara qarşı rəftarını soyqırım elan edən təklif irəli sürüb. Təklifdən qısa müddət sonra Çin ittihamları rədd edib və Çonqa sanksiya tətbiq edib.

Kanada xarici işlər naziri Coli hər hansı ölkənin Kanadanın daxili işlərinə istənilən forma ilə müdaxiləsinə tolerantlıq göstərilməyəcəyini, çinli diplomatın ölkədən çıxarılması ilə bağlı qərarın isə bütün faktorlar nəzərdən keçirildikdən sonra qəbul edildiyini bəyan edib.

Çinin Ottavadakı səfirliyi diplomat Zhaonun ölkədən çıxarılmasını qınadığını, qətiyyətli cavab tədbirinin görüləcəyini bəyan edib.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO Slovakiyanın baş nazirinə sui-qəsd cəhdinə cavab verib
Şolz  Slovakiyanın baş naziri Fikoya hücumu pisləyib
Putin Belousova Müdafiə Nazirliyini mümkün qədər “açmağı” tapşırıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi