Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88642
az

Sudanda BMT-nin anbarları talan edilib

22:2508 May, 2023
56
DÜNYA
  • A

BMT münaqişədən zərər çəkən Sudanda 18 700 ton məhsulunun talan edildiyini açıqlayıb.

Oxu24.om  xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinqdə deyib.

BMT rəsmisi bildirib ki, talan edilən məhsulların pul dəyəri 13 000 000 ABŞ dollarından artıqdır.

F.Haqın sözlərinə görə, bölgədə BMT-nin sadəcə ərzaq anbarlarında deyil, təşkilatın koordinasiya mərkəzində istifadə olunan noutbuk kimi ofis avadanlıqları da talan edilib: "Ərzaq anbarları əvvəlki həftələrdə talan edilmişdi. Ziyanın məbləği daha çox ola bilər, orada nə baş verdiyini dəqiqləşdirmək üçün qiymətləndirmə aparılır".

Sözçü əlavə edib ki, talanların arxasında nəzarətsiz qüvvələr, quldurlar və cinayətkarlar dayanır.

Qeyd edək ki, Afrikanın üçüncü ən böyük ölkəsi olan Sudanda aprelin 15-də etibarən xüsusi təyinatlı qüvvələrlə ordu arasında toqquşmalar başlayıb. Böhranın aradan qaldırılması ilə bağlı danışıqlara çağırışlar hələ də cavabsız qalıb.

 

Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada güclü yanğın başladı - VİDEO
ABŞ mediasından Rəsinin qəzası ilə bağlı maraqlı detal
TƏCİLİ! İranın dövlət televiziyası rəsmi məlumat yaydı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb