Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88637
az

Britaniya Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazırlaşır

18:3809 May, 2023
66
DÜNYA
  • A

“Böyük Britaniya Ukraynaya uzaqmənzilli raketlər verə bilər. Söhbət 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilən “Storm Shadows” uzaqmənzilli qanadlı raketlərdən gedir”.

Oxu24.com xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu məsələni uzun müddətdir ABŞ prezident administrasiyası ilə müzakirə edib. Amma ABŞ bu raketlərin verilməsini təsdiqləməyə tələsmirdi.

Bu gün səhər saatlarında Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynaya yardımı müzakirə etmək üçün Vaşinqtona getdiyi məlum olub.

Danışıqlar prosesi ilə tanış olan Britaniya rəsmisinin sözlərinə görə, tədarüklə bağlı yekun qərar hələ qəbul edilməyib, amma bu məlumat Britaniyanın Ukraynanı bu cür silahlarla təchiz etməyə başlaması istiqamətində mühüm addımdır.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri 300 kilometrə qədər məsafədən zərbə endirə bilsə, Rusiya ordusu müdafiəni təmin edə bilməyəcək.

“Ukrayna bu cür silahların Rusiya ərazisinə hücumlarda istifadə olunmayacağına dair istənilən zəmanəti verməyə hazırdır”, - o söyləmişdi.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan və İran körpü tikirlər
Bayden İsveçrədəki sammitdə olacaqmı?
Şmıqal və Blinken Kiyevdə nə danışdılar?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı