Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88634
az

Böyük Britaniyanın keçmiş baş naziri Tayvana səfər edəcək

18:0309 May, 2023
82
DÜNYA
  • A

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass gələn həftə Tayvana səfər edərək ada rəhbərliyinin nümayəndələri ilə görüşmək niyyətindədir.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir olaraq cəmi 1,5 ay çalışmış L.Trass özü məlumat yayıb.

“Tayvan azadlıq və demokratiyanın çırağıdır. Pekin rejiminin getdikcə aqressiv hərəkətləri və ritorikası fonunda şəxsən Tayvan xalqı ilə həmrəylik nümayiş etdirməyi səbirsizliklə gözləyirəm”, - o deyib.

Hazırda Britaniya Parlamentinin İcmalar Palatasının sıravi üzvü olan L.Trass “Prospect Foundation” (Yuanjing Jijinhui) analitika mərkəzində çıxış etmək niyyətindədir. Aprel ayında o, separatizmi təbliğ etdiyinə və “vahid Çin” prinsipini pozduğuna görə rəsmi Pekin tərəfindən sanksiya siyahısına daxil edilib. Çünki bu ilin əvvəlində L.Trass Vaşinqton və Tokioda çıxış edərək, Qərb dövlətlərini və onların müttəfiqlərini Çinə qarşı daha sərt mövqe tutmağa çağırıb.

“The Guardian” yazır ki, xarici siyasət gündəminə diqqət yetirən və ifrat solçu fikirləri tənqid edən L.Trass siyasi karyerasını canlandırmağa çalışır. Keçən il sentyabrın 6-da baş nazir olduqdan sonra onun Pekinə qarşı sərt mövqe tutacağı və Londonun indi rəsmi olaraq yalnız Rusiyanı xarakterizə etdiyi kimi, Çini də Böyük Britaniyanın təhlükəsizliyinə təhdid elan edəcəyi gözlənilirdi. Lakin artıq oktyabrın 25-də L.Trass təqdim etdiyi iqtisadi planın bazarlarda çaxnaşma yaratmasından sonra həmkarlarının təzyiqi ilə vəzifəsini tərk etdi.

Martın ortalarında Britaniya Nazirlər Kabineti Birləşmiş Krallığın Hərtərəfli Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət İcmalının yenilənmiş versiyasını yayımlayıb. Orada qeyd edilib ki, Çin Böyük Britaniyanın həm təhlükəsizlik, həm də dəyərlər baxımından görmək istədiyi beynəlxalq nizam forması üçün müəyyən edən problem yaradır. Amma sənəddə Çin “təhdid” adlandırılmır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya Daxili İşlər Nazirliyi SPD namizədinə edilən hücuma münasibət bildirib
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...