Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88486
az

"Vaqner"in Baxmutdakı mövqeləri Kadırovun dəstələrinə ötürüləcək

17:0806 May, 2023
321
DÜNYA
  • A

“Vagner PMC”nin təsisçisi Yevgeni Priqojin Çeçenistan rəhbəri Ramzan Kadırovun müvafiq təklifinə cavab olaraq Baxmutdakı mövqelərini mayın 10-da gecə yarısı "Axmat" xüsusi təyinatlı dəstələrinə ötürməyə hazır olduğunu təsdiqləyib.

Bu barədə o, Telqram kanalında yazıb.

“Mən artıq onun (Kadırovun) nümayəndələri ilə əlaqə saxlayıram ki, dərhal mövqelərin köçürülməsinə başlasınlar. Hesablamalarımıza görə, mayın 10-da saat 00:00-da - döyüş potensialımızın tam tükənəcəyi anda onlar bizim yerlərimizi tutacaqlar. Bizim silahdaşlarımız Baxmut qəsəbəsinə hücumu davam etdirirlər”, - deyə Priqojin bildirib.

Daha əvvəl Kadırov bildirmişdi ki, “Axmat” xüsusi təyinatlı dəstələri Baxmutda “Vaqner PMC”nin mövqelərini tutmağa hazırdır.

Priqojin bundan əvvəl demişdi ki, mayın 9-dək “Vaqner” bölmələri Baxmutdakı mövqelərdə qalacaq, daha sonra şəxsi heyəti itkilərdən xilas etmək üçün geri çəkiləcəklər.

NİGAR

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər