Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88448
az

Türkiyədə axtarılan narkobaron çarpayının altından tapıldı - VİDEO

19:3505 May, 2023
143
DÜNYA
  • A

Əfqanıstan-İran-Türkiyə üçbucağında fəaliyyət göstərən narkotik təşkilatının əsas üzvlərindən biri həbs edilib. Narkobaron çarpayının altından tapılıb.

OXU24.COM  xəbər verir ki, Ankara Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə qrupları tərəfindən bir ildir təqib edilən narkotik təşkilatına qarşı əməliyyata başlanılıb. Əməliyyatda 2 min 841 polis əməkdaşı, 57 polis iti iştirak edib. Həmçinin 4 təyyarədən istifadə olunub.

Əməliyyat zamanı Əfqanıstan-İran-Türkiyə üçbucağında fəaliyyət göstərdiyi aşkarlanan narkotik təşkilatının 524 üzvü saxlanılıb. Təşkilatın əsas üzvlərindən olan narkobaronun isə İstanbulda gizləndiyi müəyyənləşib.

Səhər saatlarında polis qrupları onun yaşadığı lüks mənzilə baxış keçiriblər, lakin onu evində tapmayıb. Bu zaman həyat yoldaşının şübhəli davranışları və çarpayının üzərində oturması polisin diqqətini çəkib. Çarpayını qaldıran polis əməkdaşları narkobaronu yatağın altında uzanmış halda tapıblar. Çarpayının altından çıxarılan narkobaron təhlükəsizlik qüvvələri tərəfindən qandallanaraq saxlanılıb.

Onun təşkilatla dilerlər arasında əlaqəni təmin etdiyi, narkotik vasitələrin pullarını dilerlərdən toplayaraq təşkilatın hesablarına köçürdüyü, dilerlərə narkotik daşımalarını idarə etdiyi və bu səbəbdən də təşkilatın əsas fiqurlarından biri olduğu qeyd edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı