Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88017
az

Lavrovdan ŞOK XƏBƏRDARLIQ - Yeni müharibələrə hazırlıq BAŞLADI

18:3027 Aprel, 2023
135
DÜNYA
  • A

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) ABŞ-ın Nyu-York şəhərində dünən keçirilən sessiyasına sədrlik edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclasdan sonra mətbuat konfransı keçirib.

Oxu24.com  xəbər verir ki, bir çox məsələlərə, xüsusilə ABŞ, NATO, Avropa və Yaxın Şərqdəki proseslərə toxunan Lavrov ABŞ və müttəfiqlərinin birqütblü dünya nizamını qorumağı qarşılarına məqsəd qoyduğunu deyib.

Lavrov Qərb tərəfindən dünyanın müxtəlif yerlərində yeni müharibələrin başlaya biləcəyini vurğulayıb: "Qərb dünyadakı hökmranlığını qorumaq üçün yeni müharibə hazırlıqları görür”.

Rusiya XİN başçısı NATO-nun Rusiyanı məhv etməyi hədəflədiyini, lakin bunu bacarmadığını bildirib:

"Rusiyanın daxilində və xaricində olan qərəzsiz müşahidəçilər NATO-nun Rusiyanı məhv etmək istədiyini, ancaq Rusiyanın ayaqda qaldığını bildirir. Rusiya NATO-dan sərhədlərini uzatmamasını istəyir. Biz bunun qarşısının alınmasının vacibliyini vurğulamışıq. Bizə dəfələrlə söz vermişdilər ki, bu olmayacaq. İndi hamı bilir ki, onlar yalançıdırlar. Üstəlik, Minsk razılaşmasında və digər razılaşmalarda da yalan danışıblar”.

ABŞ prezidenti Co Baydenin 2024-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkilərində yenidən namizəd olacağı məsələsinə toxunan Lavrov Rusiya hökumətinin başqa dövlətlərin işlərinə qarışmadığını deyib.

Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri (RSF) arasında baş verən qarşıdurmaları "faciə" olaraq şərh edən Lavrov bu ölkədə mülki şəxslərin ölümlərinin artdığını xatırladıb. Rusiya XİN başçısı Sudanın Rusiyanın özəl hərbi şirkəti “Vaqner”in xidmətlərindən istifadə etmək hüququna malik olduğunu bildirib.

Lavrov Rusiyanın Əfqanıstandakı Taliban administrasiyasını tanıyıb-tanımayacağı barədə sualı belə cavablandırıb: "Əlbəttə, ABŞ Əfqanıstandakı problemdən qaçmamalıdır. Çünki 20 ildir ki, Qərb Əfqanıstanın iqtisadi cəhətdən güclənməsi üçün heç bir iş görməyib. Taliban hökuməti sözünü tutmadıqca və idarəçilikdə daha əhatəli olmadıqca biz onları hüquqi cəhətdən tanımayacağıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın təyyarəsi qəza törətdi
Türkiyədə zəlzələ oldu
ABŞ Gürcüstanı sanksiyalarla HƏDƏLƏDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Narkotikin təsiri ilə avtomobil idarə edən sürücü saxlanıldı