Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87970
az

Rusiya silah istehsalını artırıb

09:4727 Aprel, 2023
113
DÜNYA
  • A
Rusiya sənayesi son bir ildə ilk dəfə olaraq Ukraynaya qarşı müharibə səbəbindən xərclərin artması fonunda hərbi istehsal ilə əlaqəli sektorun yüksəlməsi sayəsində gözlənilmədən artım nümayiş etdirir. Oxu24.com xəbər verir ki, bu barədə "Bloomberg" yazır. Nəşr qeyd edir ki, mart ayında Rusiya Federasiyasının sənaye istehsalı ötən illə müqayisədə 1,2% artıb, iqtisadçılar isə bu göstəricinin 1,4% azalacağını proqnozlaşdırırdılar. Məlumata görə, dağ-mədənçilik və faydalı qazıntılar hasilatı 3.6 % azalıb, silah və sursat da daxil olmaqla hazır metal məhsullarının istehsalı 30% artıb. Artım, həmçinin, aviasiya və raket mühərrikləri üçün hissələri, optik cihazları və digər sistemləri də əhatə edən kompüter, elektron və digər yüksək texnologiya məhsullarının istehsalını da yan keçməyib. Bu sahədə 23 %-lik yüksəlmə qeydə alınıb. Bloomberg bildirir ki, döyüş maşınları, təyyarələr və gəmilərin də daxil digər nəqliyyat vasitələrinin istehsalı 10%-dən çox artıb. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər