Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87958
az

Zelenski Çin lideri ilə danışıqların detallarını AÇIQLADI

21:1026 Aprel, 2023
152
DÜNYA
  • A

Ukrayna Prezidenti Volodimir Zelenski Çin Xalq Respublikasının lideri Si Cinpinlə telefon danışığının detallarını açıqlayıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.

 

Zelenski bildirib ki, telefon danışığı bir saat davam edib və ikitərəfli münasibətlərin bütün aktual məsələləri müzakirə edilib.

 

"Biz Ukrayna üçün ədalətli və davamlı sülhün bərqərar olması üçün mümkün qarşılıqlı fəaliyyət yollarına xüsusi diqqət yetirdik. Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Biz öz torpağımızdayıq və özünümüdafiə haqqını dərk edərək gələcəyimiz üçün mübarizə aparırıq", - deyə o  bildirib.

 

Prezident, həmçinin vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü 1991-ci ilin hüdudlarında bərpa edilməlidir.  Zelenskinin sözlərinə görə, söhbət zamanı Ukrayna-Çin tərəfdaşlığının möhkəmləndirilməsi yollarını da müzakirə ediblər.

 

"İnanıram ki, bugünkü söhbətimiz bu dinamikanın bütün səviyyələrdə qaytarılmasına, qorunub saxlanmasına və inkişafına güclü təkan verəcək", - Ukrayna lideri vurğulayıb.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü