Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87841
az

Niderland marmeladı Ginnesin Rekordlar Kitabına düşdü - FOTO

19:0224 Aprel, 2023
90
DÜNYA
  • A

Niderlandın qənnadı istehsalçısı "Tanis" Dünyanın ən böyük marmelad ayısını təqdim edib.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, son bir neçə həftə ərzində iyirmi nəfərdən çox insandan ibarət komanda nəhəng narıncı ayı fiquru üzərində çalışıb. İlkin cəhd uğursuz olub. Marmelad düzgün şəkildə bərkimədiyi üçün onu qəlibdən çıxarmaq mümkün olmayıb.

Doqquz gün sonra - ötən cümə axşamı günü keçirilən ikinci cəhd zamanı nəhayət bərkimiş portağal ətirli marmeladlı ayı Ginnesin Rekordlar Kitabının müşahidəçilərinə uğurla nümayiş etdirilib. Onlar təsdiqləyiblər ki, çəkisi 1728 kiloqram və ölçüsü 2,5x2x1 metr olan şirin ayı İran şirniyyatçılarının 1200 kiloqramlıq nailiyyətini keçərək rekordçu olub.
Ətraflı

Hal-hazırda "kubfoot" soyuducu anbardadır və Düsseldorfda "Interpack" qablaşdırma texnologiyası üzrə beynəlxalq ticarət sərgisində geniş ictimaiyyətə təqdim ediləcək. Tədbirdən sonra o, vətəninə qaytarılacaq və arzu edənlərə paylanacaq. Rekordun təsdiqlənməsi üçün qənnadı sənəti əsəri yeyilməlidir.

Rekord qıran məhsul təxminən 850 min standart ölçülü marmeladlı ayıya bərabərdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...