Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87726
az

Sudanda Misir səfirliyinin əməkdaşı güllələnib

13:3223 Aprel, 2023
85
DÜNYA
  • A
Misirin Sudandakı səfirliyinin əməkdaşı güllə yarası alıb. “Report” xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Misir səfirliyinin bir əməkdaşı güllə yarası alıb və bu, Sudandakı vətəndaşlarımızın və nümayəndəliyimizin üzvlərinin təhlükəsizliyini təmin etmək üçün maksimum diqqət göstərməyin zəruriliyini bir daha təsdiqləyir", - XİN-in bəyanatında deyilir. Misir səfirliyinin əməkdaşının vəzifəsi və xəsarət dərəcəsi barədə məlumat verilmir. Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə ilə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Cümə günü hər iki tərəf Ramazan bayramı münasibətilə atəşkəs elan edib. Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını bildirib. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quterreş Putinə məktub yolladı
Trampın təyyarəsi qəza törətdi
Türkiyədə zəlzələ oldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı