Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87683
az

İrəvanda şok: Azərbaycanlı ilə erməni polis dalaşdı

22:4322 Aprel, 2023
1942
DÜNYA
  • A

“Yerablur” hərbi panteonunun ərazisində həmin ərazidə xidmət edən hərbi polis əməkdaşları ilə azərbaycanlı arasında insident baş verib.

Axar.az xəbər verir ki, belə bir sensasion iddia ilə erməni mediası (168.am) çıxış edib.

Hadisənin dəqiq tarixi açıqlanmasa da, “bir neçə ay əvvəl” olduğu bildirilib.

İddiaya görə, ermənicə kifayət qədər yaxşı danışan azərbaycanlı olduğu düşünülən şəxs Vazgen Sərkisyanın məzarı yanında oturaraq, bəzi rituallar edir, qəribə səslər çıxarır, əllərini qaldırıb-endirirmiş.

Polis həmin şəxsin kimliyini və panteona gəlişinin məqsədini öyrənmək üçün onunla gəlməyi tələb edəndə sonuncu müqavimət göstərib.

Becanov soyadlı şəxs bildirib ki, Azərbaycanda doğulmasına, azərbaycanlı ad-soyad daşımasına baxmayaraq, ermənidir və Ermənistanda çoxdan məskunlaşıb.

O əlavə edib ki, polis onu azad etməsə, ciddi problemlərlə üzləşəcək.

Hadisənin necə bitdiyi, bir neçə ay öncə baş verən olayın mediaya niyə indi çıxdığı, Becanovun dəqiq kimliyi haqda məlumat verilmir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astronavtlar BKS-də nə yeyirlər? -Rusiya onlara yeni il hədiyyələri göndərdi
ABŞ 4 müttəfiqini HƏDƏLƏDİ: Netanyahunun həbsinə kömək edərlərsə...
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI