Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87607
az

Sudan ordusu ölkədə üç günlük humanitar atəşkəsə razılaşıb

23:4521 Aprel, 2023
122
DÜNYA
  • A

Sudan ordusu ölkədə üç gün müddətində atəşkəsin saxlanmasına razılıq verdiyini açıqlayıb.

Oxu24.com xəbər verir ki, bu barədə “Əl-Hədas” telekanalı məlumat yayıb.

Ordu üsyançıların atəşkəsə əməl edəcəyinə və hərbi əməliyyatları dayandıracağına ümid edir.

Bundan əvvəl ötən gün Çevik Reaksiya Qüvvələri beynəlxalq vasitəçiliklə Ramazan bayramı ilə əlaqədar Sudan ordusu ilə atəşkəsə razılaşdıqlarını açıqlayıblar. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı beynəlxalq vasitəçi kimi çıxış edir.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib. Ölkənin səhiyyə naziri qarşıdurmalarda ölənlərin sayının 600 nəfərdən çox olduğunu bildirib.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa İttifaqı Rusiya hakimiyyətini bəzi aktivlərin köçürülməsi qərarını ləğv etməyə çağırıb
Qazaxıstan Rusiya ilə sərhəddə Jelkuar keçid məntəqəsinin fəaliyyətini bərpa edib
Ağ Ev etiraz dalğası səbəbindən Baydenin universitetlərdəki çıxışlarını kəsəcək

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü