Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87605
az

Peskovun oğlu “Vaqner”in sıralarında döyüşüb

23:3221 Aprel, 2023
104
DÜNYA
  • A

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolay “Vaqner” özəl hərbi şirkətinin sıralarında döyüşüb.

Oxu24.com xəbər verir ki, bu barədə “Vaqner”in qurucusu Yevgeni Priqojın hərbi müxbir Aleksandr Simonova müsahibəsində bildirib.

“Bütün tanışlarımdan bir nəfər, bir vaxtlar axırıncı liberal kimi tanınan Dmitri Sergeyeviç Peskov, həyatının bir hissəsini Amerikada və ya, yanılmıramsa, İngiltərədə keçirmiş oğlunu gətirib deyir: “Onu sıravi artilleriyaçı kimi götürün”, - hərbi qruplaşmanın rəhbəri qeyd edib.

Priqojının sözlərinə görə, 33 yaşlı Nikolay “tamamilə normal” xidmət edib: “Dizinə qədər çirkdə, nəcisdə, "Uraqan"da. Çox adam bunu bilmir”.

Xatırladaq ki, ötən ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan edildikdən sonra mətbuatda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolayın hərbi komissarlığa getməkdən imtina etməsinə dair məlumat yayılmışdı. Kremlin nümayəndəsi bu iddiaları yalanlamışdı.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ