Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87302
az

Küveyt vəliəhdi parlamenti buraxıb

10:0418 Aprel, 2023
97
DÜNYA
  • A
Küveytin vəliəhd şahzadəsi Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah 2023-cü ilin martında Konstitusiya Məhkəməsinin qərarı ilə tərkibi bərpa edilən Milli Assambleyanın (Parlament) buraxılması barədə qərar qəbul etdiyini açıqlayıb. Oxu24.com "Kuna" agentliyinə istinadən xəbər verir ki, onun bəyanatına görə, yaxın aylarda parlament seçkiləri keçiriləcək. “Konstitusiyanın müddəalarına və xalqın iradəsinə hörmət edərək, Konstitusiya Məhkəməsi tərəfindən bərpa edilən 2020-ci il parlamentin buraxılması və yaxın aylarda ümumi seçkilərin keçirilməsi barədə qərar qəbul etdik”, - bəyanatda bildirilir. Vəliəhdin sözlərinə görə, seçkilərdən sonra siyasi-hüquqi islahatlar həyata keçiriləcək və islahatlar hökumətlə parlament arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına, qanunvericilik və icra hakimiyyətlərinin sui-istifadələrinə yol verilməməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə yönələcək. O, hansı islahatlardan bəhs etdiyini açıqlamayıb. Martın 19-da Küveytin Konstitusiya Məhkəməsi 29 sentyabr 2022-ci ildə keçirilmiş Milli Assambleya seçkilərinin nəticələrini etibarsız sayaraq, üzvləri 2020-ci il dekabrın 5-də seçilmiş parlamentin tərkibini bərpa edib. Qeyd edək ki, Küveyt parlamenti ötən ilin avqustunda da rəsmi olaraq buraxılmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb
Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Tbilisidə polis kütləvi həbslərə başladı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı