Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87178
az

İranda Ukrayna təyyarəsinin vurulması ilə bağlı məhkəmə prosesi başa çatıb

20:1016 Aprel, 2023
77
DÜNYA
  • A

İranda 2020-ci ilin yanvarında Tehran səmasında Ukrayna Beynəlxalq Hava Yollarına (UIA) məxsus təyyarənin vurulması ilə bağlı məhkəmə prosesi başa çatıb.

Oxu24.com ISNA-ya istinadla xəbərinə görə, İranda vurulan Ukrayna təyyarəsi ilə bağlı məhkəmədə əsas təqsirləndirilən şəxsə 13 il həbs cəzası verilib.

Həmçinin bu iş üzrə digər təqsirləndirilən şəxslərin buraxdığı səhv və nöqsanlara əsasən məhkəmə ikinci və üçüncü dərəcəli təqsirləndirilən şəxsləri bir il müddətinə azadlıqdan məhrum edib.

Dördüncü və beşinci dərəcəli təqsirləndirilən şəxslər üç il, altıncı və yeddinci dərəcəli təqsirləndrilən şəxslər iki il, səkkizinci dərəcəli təqsirləndirilən şəxs bir il yarım, doqquzuncu dərcəli təqsirləndirilən şəxs bir il, onucu dərəcəli təqsirləndirilən şəxs isə (İİKK Hava-Kosmik Qüvvələrinin o zamankı hava hücumundan müdafiə komandanı) bir il azadlıqdan məhrum edilib.

Bildirilib ki, Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı iş üzrə hökm üç illik araşdırmadan və 20 məhkəmə iclasından sonra çıxarılıb.

Qeyd edək ki, Ukrayna təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə uçmaq üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər həyatını itirib. Onların arasında Əfqanıstan, Böyük Britaniya, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olub.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan parlamenti mübahisəli qanun layihəsini qəbul etdi
Çin səfiri Britaniya XİN-ə çağırıldı
Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb