Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87161
az

YAP nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb

17:1316 Aprel, 2023
63
DÜNYA
  • A
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də İstanbulda Ayasofya məscidini ziyarət edib.
 
YAP-dan Oxu24.com-a verilən xəbərə görə, nümayəndə heyətinə bu qədim dini məbədin tarixi haqqında ətraflı məlumat verilib.
 
Nümayəndə heyətinin üzvləri Ayasofya məscidi ilə tanışlıqdan sonra vətəndaşlara söhbət ediblər. Bildirilib ki, Türkiyə-Azərbaycan birliyi dünyada və regionda böyük əhəmiyyətə malikdir. Vətəndaşlar da “Bir millət, iki dövlət” tezisini bir daha xatırladıblar.
 
Sonra nümayəndə heyəti Fatih Bələdiyyəsinin nəzdindəki kitabxanada olub. YAP nümayəndə heyətinin üzvlərinə kitabxananın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, buradakı kitab fondu həm tələbələr, həm də vətəndaşlar üçün əlçatandır.
 
Nümayəndə heyətinin üzvləri daha sonra Bağcılar Bələdiyyəsinin təşkil etdiyi xalq iftar mərasimində iştirak ediblər. .
 
YAP nümayəndə heyəti İstanbulun Zeytinburnu ərazisindəki İmam Cəfəri Sadiq məscidində yerli sakinlərlə görüşüb. Görüşdə Azərbaycanın və Türkiyənin vahid yumruq kimi bütün milli hədəfləri reallaşdırmaq əzmində və iqtidarında olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında münasibətlər ölkələrimizin rəhbərləri tərəfindən daha yüksək səviyyəyə çatdırılmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
 
Bununla da YAP nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi