Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87141
az

SON DƏQİQƏ! Putin yeni qanun imzaladı - HƏR AN...

12:4116 Aprel, 2023
116
DÜNYA
  • A

Ukrayna ilə mübarizəni davam etdirən Rusiyada elektron mesajla hərbi çağırış haqqında qanun prezident Vladimir Putin tərəfindən imzalanaraq qüvvəyə minib.

Oxu24.com xəbər verir ki, Rusiyada 18-50 yaş arası kişilər “elektron hökumət”ə bənzər sistem vasitəsilə hər an “Siz hərbi xidmətə çağırılırsınız” mesajı ala bilərlər.

Təxminən 35 milyon Rusiya vətəndaşını əhatə edən yeni hərbi qanuna əməl etməyənlər ölkədən çıxış başda olmaqla bir sıra hüquqlardan məhrum olacaqlar.

Belə ki, çağırış vərəqəsinin göndərildiyi gündən başlayaraq 7 gün ərzində hərbi xidmətə yollanmayan şəxslərin Rusiyanı tərk etmələri qadağan ediləcək. Onların yeni işə başlaması, daşınmaz əmlak alqı-satqısı, banklardan kredit götürməsi və avtomobil idarə etməsi də yasaqlanacaq.

Yeni qanun Rusiyada ötən il elan edilmiş qismən səfərbərliyin nəticələri ilə bağlıdır. Səfərbərliyin həyata keçirilməsində böyük fasilələr yarandı, çünki köhnə qaydaya görə hərbi bölmələr hər kəsə şəxsən yazılı çağırış göndərməli idi. Çağırış vərəqəsini almadıqlarını deyən on minlərlə gənc ölkədən qaçmağa müvəffəq oldu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın keçmiş prezidenti Rəisinin öldüyünü elan etdi
Dərslər dayandırılır
Rusiya Xarkovu vurdu: Ölənlər var

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya tərəfi zərbə videosu yaydı
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı