Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86902
az

400 min insan Paris küçələrinə çıxıb

22:2913 Aprel, 2023
102
DÜNYA
  • A

Fransada ölkənin Konstitusiya Şurasının pensiya ilə bağlı qanunun 62  yaş əvəzinə 64 yaş  olduğunu elan etməsi ərəfəsində, pensiya islahatına qarşı ümummilli etirazların 12-ci günü keçirilir.

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki, hakimiyyətin proqnozuna görə, bütövlükdə Fransada nümayişlərdə 400 mindən 600 minədək insan iştirak edə bilər.

Nant və Renn şəhərlərində mitinqlərdə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub. Etirazçılar zibil qutularını yandırıb, vitrinləri sındırıblar. Fransa mətbuatının yaydığı fotolarda da nümayişçilərin bir neçə avtomobili yandırdığı görünür.

Parisdə də dəbilqə və qalxan da daxil olmaqla, xüsusi ləvazimatlı çoxsaylı polis məmurlarının vəzifə yerinə yetirdiyi gərgin vəziyyət yaranır. Hotel de Ville meriyasının yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.

Həmkarlar ittifaqlarının məlumatına görə, Parisdəki etirazlarda 400 min adam iştirak edir, 6 aprel etirazlarında da təxminən o qədər adam iştirak edib.

Metropoliten polisi indiyədək 15 nəfərin həbs edildiyini bildirib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ