Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86805
az

Türkiyə ordusunun gücü nə qədərdir? - Siyahıda görün neçənci oldu (VİDEO)

21:0812 Aprel, 2023
456
DÜNYA
  • A

Qardaş Türkiyə ötən günlərdə hərbi sahədə daha bir ilkə imza atdı. Türkiyənin Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanan dünyanın ilk hərbi PUA gəmisi “TCG Anadolu” artıq vətən sularındadır. Bu Türkiyənin ən böyük hərbi gəmisidir. 

Gəminin uzunluğu 231, eni 32 metr, yükdaşıma qabiliyyəti 27 min 436 tondur. “TCG Anadolu” 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla, ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir. 

Türkiyə ötən ay insansız silahlı gəmisini də nümayiş etdirmişdi. MARLİN adı verilən bu silah sistemi barədə şəxsi tviter səhifəsində məlumat verən Müdafiə sənayesi naziri İsmail Demirin sözlərinə görə, gəminin özəlliklərindən biri də odur ki, mərmilər də yerli istehsaldır və bu sistemdə “Kuzqun” raketlərindən istifadə edilir. 

Yaxın vaxtlarda Türkiyə silahlı qüvvələrinə təqdim ediləcək müasir silahlardan biri də “ALTAY” tankıdır. Bu silah hazırda Cənubi Koreya və Türkiyə mühəndisləri tərəfindən hazırlanmaqdadır. 

Qeyd olunub ki, 12-16 ay müddətində tankın testləri bitəcək və 2025-ci ildən ordu tərəfindən aktiv şəkildə istifadə ediləcək. 

BMC şirkətinin yerli KİV-lərinə açıqlama verən nümayəndəsi Murat Yalçıntaş vurğulayıb ki, tamamlama işləri davam edən bu silah sisteminin artıq alıcıları var və tələbat ehtimal olunandan daha çoxdur. Ötən günlərdə daha bir uğuru ilə dünyanı lərzəyə salan Türkiyə ilk dəfə tam yerli qırıcı təyyarəsini səma ilə qovuşdurdu. Rəsmilər bu addımın hava qüvvələrinin invanterində olan ABŞ istehsallı F-16 qırıcıları ilə əvəzlənməsi üçün atıldığını bildirir. O da qeyd olunur ki, 2030-cu ilədək qırıcılar tam olaraq yerli qırıcılarla əvəzələnəcək. Üstəlik, Milli Müharib Uçağı TF-X adlandırılan bu qırıcı təyyarə artıq bütün silahları da yerli “Roketsan”, “Havelsan”, “Aselsan” kimi şirkətlərin istehsalıdır. 

“Baykar” şirkətinin şah əsərlərindən biri də “Kızılelma” adlandırılan insansız qırıcı təyyarəsidir ki, bu təyyarənin də ötən günlərdə test sınaq uçuşları bitib və şirkətin texniki direktoru Səlcuq Bayraktarın açıqlamasına görə, “Kızılelma” pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək. Qarşıdakı planlar barədə də məlumat verən direktor bildirib ki, “Bayraktar TB-3” PUA-nın 2024-cü ildə kütləvi istehsalına başlanacaq. 

Qeyd edək ki, “Kızılelma” Türkiyənin ilk pilotsuz təyyarəsidir. Bu texnika ilk dəfə ötən ilin martında təqdim olunmuşdu. 

Hərb sənayesində inqilabi uğurlara imza atan Türkiyə bu il hərbi gücünə lazer silahlar da daxil olmaqla, 50 modern yerli silah daxil etməyi planlaşdırır. 

“Global Firepower”ın hesabatına görə, Türkiyə Silahlı Qüvvələri gücünə görə dünyada 2021-ci ildə 13-cü, 2022-ci ildə isə 11-ci yerə yüksəlib. 

Türkiyə Milli müdafiə naziri Hulusi Akar cari il ərzində təchizatın 90 faizinin yerli hərbi məhsullarla əvəz edilməsinin planlaşdırıldığını deyib.  

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...