Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86738
az

Ukraynada NATO ölkələrinin xüsusi təyinatlıları var - MƏXFİ SƏNƏD

12:4712 Aprel, 2023
124
DÜNYA
  • A

Pentaqonun internetə sızan və hələ dəqiqləşdirilməmiş sənədlərdən birində Ukraynada bir neçə NATO ölkəsinin xüsusi təyinatlı qüvvələrinin fəaliyyət göstərdiyinə dair məlumatlar var.

Oxu24.com  xəbər verir  ki, materialları tədqiq edən BBC və The Guardian bildirirlər ki, Böyük Britaniya Ukraynaya 50, Latviya - 17, Fransa - 15, ABŞ - 14, Hollandiya - bir əsgər göndərib.


Bunlar gündəlik hesabatlardır. Sənədlərdən biri fevral, digəri isə martın 23-nə aiddir, hər ikisi “tam məxfi” kimi təsnif edilir. Onlar hərbçilərin dəqiq harada yerləşdiyini, hansı tapşırıqları yerinə yetirdiklərini, həmçinin onlardan neçəsinin hələ də Ukraynada olduğunu demirlər.


The Guardian qeyd edir ki, məlumat NATO xüsusi əməliyyat qüvvələri komandanlığı tərəfindən xüsusi təyinatlıların hərəkətlərinin əlaqələndirilməsini göstərə bilər, lakin onların iştirakının təşkilinin dəqiq parametrləri göstərilmir.


Məlumatı artıq Fransa Müdafiə Nazirliyi təkzib edib. "Ukraynada əməliyyatlarda iştirak edən heç bir Fransa qüvvələri yoxdur" deyə nazir Sebastien Lecornu bildirib.

O, sənədlərin mənbəyinin məlum olmadığını vurğulayıb. 

Britaniya hakimiyyət orqanları hələ ki, xüsusi təyinatlılar haqqında məlumatı şərh etməyiblər, lakin aprelin 11-də axşam Krallığın Müdafiə Nazirliyi Twitter-də sızan kəşfiyyat materiallarında “ciddi səviyyədə qeyri-dəqiqlik” olduğunu bildirib və insanlara ehtiyatlı olmağı tövsiyə edib. 

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin bu tarixdə Çinə gedəcək
İsrail Dəməşqə zərbələr endirdi
16 yaşlı qız yeni doğulmuş körpəsini çantada xəstəxanaya apardı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Obyektlərdə 361 kəsici alət aşkarlandı - VİDEO