Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86634
az

Nazir: "Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”

16:2411 Aprel, 2023
102
DÜNYA
  • A

“Rusiya Prezidenti Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”.

Oxu24.com  xəbər verir ki, bunu Avstriyanın Avropa İttifaqı və hökumətdə konstitusiya işləri üzrə naziri Karoline Edtştadler “Tagesspiegel”ə müsahibəsində bildirib.

O deyib ki, Avstriya beynəlxalq hüquqa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək: “Mən mülki məsələlər üzrə cinayət işləri üzrə hakimi olmuşam. Həbs qərarının Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilməsi o deməkdir ki, əgər Rusiya Prezidenti Vladimir Putin Avstriya torpağına ayaq basarsa, həbs edilməlidir”.

Qeyd edək ki, bu il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi V.Putinin həbsinə order verib. Buna cavab olaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Haaqa Məhkəməsinə raket zərbəsi endirməklə hədələyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
Yaponiyada güclü zəlzələ oldu