Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8607
az

ABŞ Rusiya təyyarələrinin İrana satışına qadağa qoydu

19:0906 Yanvar, 2019
553
DÜNYA
  • A
 ABŞ Maliyyə Nazirliyi Rusiyada istehsal edilən “Sukhoi Superjet 100” sərnişin təyyarələrinin İrana satışı üçün ixracat sertifikatı verməkdən imtina edib.

Oxu24.com İsrailin iHLS portalına istinadən xəbər verir ki, Rusiya təyyarələrinin ehtiyat hissələrinin 10%-ə qədəri ABŞ-da hazırlandığı üçün nazirlik bu sövdələşmənin həyata keçirilməsinə icazə verməyib.

İran hava yolları assosiasiyasının təmsilçisi Maqsud Əsədi Samani bildirib ki, hələlik təyyarələrin idxalı haqqında söhbət gedə bilməz. Onun sözlərinə görə, ABŞ-da istehsal edilən ehtiyat hissələrinin əvəzlənməsi xeyli vaxt tələb edə bilər.

Qeyd edək ki, 2018-ci ilin aprelində imzalanmış memoranduma görə, İranın iki aviaşirkəti 2022-ci ilə qədər Rusiyadan 40 ədəd SSJ-100R təyyarəsi almalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan və Putindən Baş nazirə hücuma REAKSİYA 
Tbilisidə etirazlar davam edir
“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qusar bələdiyyəsinin sədri həbs olundu