Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85585
az

Dövlətə xəyanət edən məmur ölüm cəzası alacaq

10:5026 Mart, 2023
148
  • A

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə minib.

Məlumata görə, Nazirlər Şurası 2022-ci il oktyabrın sonunda Belarus Milli Assambleyasının Nümayəndələr Palatasına cinayət qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Layihə dekabrın əvvəlində birinci oxunuşda, 2023-cü il fevralın sonunda isə ikinci oxunuşda qəbul edilib.

Fevralın sonunda sənədi Respublika Şurası, martın 9-da isə prezident Aleksandr Lukaşenko imzalayıb.

Normativ akt martın 14-də Milli Hüquq İnternet Portalında dərc edilib, 10 gün sonra qüvvəyə minib.

Qanunla Belarus Cinayət Məcəlləsinin 356-cı maddəsinin 2-ci hissəsinə “Dövlətə xəyanət” bölməsinə dəyişiklik edilir.

Bu hissə  dövlət vəzifəsini tutan vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə ömürlük azadlıqdan məhrum etmə və ya ölüm cəzası növündə cəzanın tətbiqi imkanını nəzərdə tutur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR