Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85499
az

Məşhur aktrisa mitinqə çıxdı

10:2225 Mart, 2023
121
DÜNYA
  • A
Məşhur fransalı aktrisa və “Oskar” mükafatı laureatı Jülyet Binoş Fransada pensiya islahatlarına qarşı keçirilən etirazlara qoşulub. Oxu24.com “Variety”yə istinadən xəbər verir ki, “İngilis pasiyent” filminin ulduzu 300 digər kinematoqraf, o cümlədən “Oskar” mükafatlı fransız rejissor Mişel Xazanaviçius (“Artist” filmi) ilə birlikdə Fransa Prezidenti Emmanuel Makrona pensiya layihəsinin geri götürülməsini tələb edən açıq kollektiv məktub imzalayıb. “Siz ədalətsiz, səmərəsiz və əhalinin ən həssas təbəqələrinə daha ciddi təsir göstərən pensiya islahatı həyata keçirmək qərarına gəldiniz. Sizin islahatınız ölkə vətəndaşlarının böyük əksəriyyəti tərəfindən rədd edildi”, - məktubda deyilir. Qeyd edək ki, davam edən etirazlara, tətillərə baxmayaraq, keçən həftə Fransa hökuməti pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı