Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85348
az

Vaqner Ukraynadan çıxır?

16:2523 Mart, 2023
129
DÜNYA
  • A

Wagner PMC-nin təsisçisi Yevgeni Priqojin Ukraynadakı bu yarımhərbi qruplaşmanın fəaliyyətini məhdudlaşdırmağa və “yenidən Afrikaya diqqət yetirməyə” hazırlaşır.

Oxu24.com  xəbər  verir   ki, bu barədə “Bloomberg” adı açıqlanmayan “bu məsələ ilə tanış olan” mənbələrə istinadən məlumat yayıb.

Kreml azadlıqdan məhrumetmə yerlərində əsirlərin müharibəyə cəlb edilməsini qadağan etdikdən və "muzdluların özlərini döyüş sursatından məhrum etdikdən" sonra PMC bölmələrinin Ukraynada döyüşməsi  xeyli çətinləşib.

Agentliyin məlumatına görə,Vaqner qoşunları aylarla davam edən cəhdlərə və  böyük  itkilərə baxmayaraq, indiyədək əsas hədəflərini - Ukraynanın Baxmut şəhərini ala bilməyiblər. 

Öz növbəsində Priqojin özü də Rusiya mətbuatına müsahibəsində bildirib ki, “Vaqneritlər Ukraynada işlərini bitirməyi planlaşdırmırlar”.

“Bloomberg-in nə xəbər verdiyini bilmirəm, amma görünür, onlar bundan sonra nə edəcəyimizi məndən daha yaxşı bilirlər. Nə qədər ki, ölkəmizin bizə ehtiyacı var, biz Ukrayna ərazisində döyüşürük”,- deyə Vaqner rəhbəri bildirib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydeni DEBATA ÇAĞIRDI:
Avropa Liqasının finalçıları məlum oldu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qobustanda narkotikə görə 2 nəfər saxlanılıb