Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85192
az

Amerika qarnizonu daimi olaraq Polşada yerləşdirildi

21:2921 Mart, 2023
80
DÜNYA
  • A

 ABŞ Silahlı Qüvvələrinin birinci qarnizonu çərşənbə axşamı Polşanın Poznan şəhəri yaxınlığında fəaliyyətə başlayıb.

Oxu24.com xəbər verir  ki, Polşa mətbuatı məlumat yayıb


“Çərşənbə axşamı günü Poznanda ABŞ ordusunun qarnizonu yerləşdirildi,  O, Polşadakı digər Amerika bölmələrini dəstəkləyəcək”, -  deyə  mətbuat Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşakın sözlərindən sitat gətirib.

“Biz ABŞ ordusunun daimi olaraq ölkəmizdə olmasını həqiqətən yüksək qiymətləndiririk. Avropanın düşdüyü vəziyyəti nəzərə alaraq biz bunu xüsusilə yüksək qiymətləndiririk. Qərb dünyasının həmrəy olması vacibdir ki, Qərb dünyası özünü təhlükəsiz hiss etsin və silahlı qüvvələrimiz əməkdaşlıq edəndə özünü təhlükəsiz hiss etsin – belə əməkdaşlığa misal olaraq Poznanda ABŞ ordusu qarnizonunun yaradılmasını göstərmək olar”, - deyə nazir bildirib.

Amerikanın Varşavadakı səfiri Mark Bzezinski açılış mərasimində hadisəni tarixi adlandırıb.

“Bu, dünyaya ABŞ-ın Polşa və NATO-ya sadiq olduğunu açıq şəkildə göstərir”, - deyə mətbuat diplomatın sözlərini sitat gətirib.

Qarnizon ABŞ prezidenti Co Baydenin keçən il ABŞ-ın Polşada daimi varlıq yaratmaq niyyətində olduğunu elan etdikdən sonra yaradılıb.

Hazırda Polşada 10 mindən çox Amerika əsgəri var.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər