Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85031
az

Türkmənistanda parlament seçkilərində erkən səsvermə başlayıb

09:4717 Mart, 2023
143
DÜNYA
  • A
Türkmənistanda parlament seçkilərində erkən səsvermə başlayıb. Oxu24.com xəbər verir ki, bu barədə rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb. Prosedur ilk növbədə uzunmüddətli ezamiyyətə və ya məzuniyyətə gedən, habelə martın 26-da seçki günü bu və ya digər səbəbdən öz seçki məntəqəsində səs verməyə gələ bilməyən vətəndaşlar üçün nəzərdə tutulub. Türkmənistanda Seçki və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatına görə, seçki kampaniyasının bütün mərhələləri vaxtında, mövcud milli qanunvericiliyin tələblərinə və qəbul edilmiş beynəlxalq standartlara uyğun təşkil olunub. Ölkənin bütün 2644 seçki məntəqəsi, o cümlədən xaricdə Türkmənistanın diplomatik nümayəndəliklərində 42 seçki məntəqəsi işə tam hazırdır. Türkmənistan parlamentinə seçkilər martın 26-na təyin edilib. Həmin gün rayon, şəhər xalq şuralarının və yerli özünüidarə orqanlarının üzvləri seçiləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada güclü yanğın başladı - VİDEO
ABŞ mediasından Rəsinin qəzası ilə bağlı maraqlı detal
TƏCİLİ! İranın dövlət televiziyası rəsmi məlumat yaydı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb