Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84954
az

ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var

13:0716 Mart, 2023
111
DÜNYA
  • A

İraqın qərbində yerləşən Ənbar vilayətində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə “Reuters” hökumətdəki iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, “Chinook” helikopteri “Black Hawk” helikopterini müşayiət edərkən qəza baş verib. 

Əl-Qaimə şəhərinin meri Əhməd əl-Məhləvi “Reuters”ə deyib ki, helikopterdə 7 nəfər olub. Həmin şəxslərin hamısı ölüb, onlardan 6 nəfərinin cəsədləri tapılıb. 

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı helikopterin qəzaya uğradığını və onun göyərtəsində amerikalı hərbçilərin olduğunu təsdiqləsə də, onlar arasında yaralananların və ya ölənlərin olub-olmadığını dəqiqləşdirməyib.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq edib
Putin Rəisinin ölümü ilə bağlı başsağlığı verib
Qəza yerində şok detal: naməlum adam...

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO