Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84573
az

Saakaşvili ölüm ayağındadır - FOTO

23:4812 Mart, 2023
102
DÜNYA
  • A

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağındadır.

OXU24.COM ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.

Jurnalistlərin xəstəxanaya buraxılmadığı, lakin onların suallarının vəkil vasitəsilə çatdıra bildirildiyi və yazılı cavablar aldığı qeyd edilir.

"Əvvəlcə 120 kiloqram çəkim var idi. İndi isə 64. Yaşım 60-dan azdır. Həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar. Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur", - deyə Saakaşvili suala cavab verib.

Keçmiş prezident ölüm ayağında olduğunu bildirib.

Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi ilə başlayıb.

Aclıq aksiyası bitdikdən sonra ilk dəfə Saakaşvili sağalmağa başlasa da sonra səhhəti yenidən pisləşib.

2022-ci ilin payızında siyasətçinin vəkilləri bildiriblər ki, o həbsxanada zəhərlənib.

Avropa ölkələri Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırsalar da Gürcüstan məhkəməsi bundan imtina edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü