Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84554
az

ABŞ İranın rəsmi yaydığı məlumatın yalan olduğunu AÇIQLADI

20:3312 Mart, 2023
185
DÜNYA
  • A

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ABŞ-la əsirlərin mübadiləsinə dair razılıq əldə olunduğu barədə açıqlaması ABŞ tərəfindən təkzib edilib.

Oxu24.com xəbər verir  ki,  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuata verdiyi açıqlamada Abdullahiyanın açıqlamasını "ailələrin əzabını daha da artıran qəddar yalan" kimi qiymətləndirib. "Biz İranda haqsız yerə həbs edilən üç amerikalının azad edilməsi üçün  çalışırıq. Onlar öz yaxınlarına qovuşana qədər dayanmayacağıq", - Prays deyib.

İran illərdir ki, ondan çox vətəndaşını ABŞ-dan azad etməyə çalışır

İranda saxlanılan bir neçə amerikalıdan biri, İran əsilli ABŞ vətəndaşı iş adamı Siamak Namazi 2016-cı ildə casusluq və ABŞ hökuməti ilə əməkdaşlıq etdiyi üçün 10 il həbs cəzasına məhkum edilib. İran əsilli ABŞ vətəndaşı olan iş adamı Emad Sharghi 2018-ci ildə texnologiya investisiya firmasında işləyərkən həbs edilib. İranda Britaniya-İran-ABŞ vətəndaşı olan ekoloq Morad Təhbaz saxlanılıb.

İran illərdir ki, ondan çox İran vətəndaşının, o cümlədən 7 İran-ABŞ vətəndaşı, ABŞ-da daimi yaşayış yeri olan 2 İran vətəndaşı və ABŞ-da hüquqi statusu olmayan 4 İran vətəndaşının azad edilməsini istəyir.

İran insan haqları fəalları tərəfindən başqa ölkələrdən güzəşt əldə etmək üçün xarici vətəndaşları həbs etməkdə ittiham olunur. İran ittihamı rədd edir. 

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
İsrailin müdafiə naziri analoqu olmayan silahın yaradılmasına göstəriş verib
İsrail ordusunun Qəzzada 2 evə hücumu nəticəsində ölən və yaralananlar olub

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı