Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84492
az

ABŞ kəşfiyyatı: Çin hipersəs silahlarında Rusiyanı qabaqlayır

10:1212 Mart, 2023
101
DÜNYA
  • A

Çin və Rusiya ABŞ əleyhinə güclənir.

Oxu24.com  Bloomberg-ə istinadən   xəbər verir ki, Pentaqonun Kəşfiyyat İdarəsinin analitik şöbəsinin baş tədqiqatçısı Pol Freistler bildirib ki, Çin hipersəs silahlarının hazırlanmasında Rusiyanı ötüb və Sakit Okeanda ABŞ bazalarını vura bilən sistemlərini yerləşdirə bilər.

“Həm Çin, həm də Rusiya hipersəs silahlarının çoxsaylı uğurlu sınaqlarını keçirsələr və ehtimal edilən əməliyyat sistemlərini keçirsələr də, Çin həm dəstəkləyici infrastruktura, həm də sistemlərin sayına görə Rusiyanı qabaqlayır”, - deyə  Freistler bildirib.


Amerikalı analitikin fikrincə, adi və nüvə hipersəs raketlərinin inkişafında kəskin sıçrayış intensiv, məqsədyönlü investisiya və təcrübə hesabına təmin edilir. Freistler qeyd edib ki, Çin hipersəs sürüşmə başlığına malik qitələrarası ballistik raket üzərində işləməkdə davam edir.

Kəşfiyyat rəsmisi, həmçinin Çin Aerodinamika Akademiyasının bəyanatına istinad edərək bildirib ki, onların 8, 10 və 12 Mach-da işləyə bilən ən azı üç külək tuneli var, Rusiyanın isə dənizdən buraxılan silah da daxil olmaqla, üç silah sistemi var. 

Çinin hipersəs arsenalına 1600 kilometr məsafə qət edə bilən hipersəs sürüşmə döyüş başlığına malik DF-17 orta mənzilli ballistik raket və həmçinin hipersəs sürüşmə döyüş başlığı daşıyan DF-41 ICBM daxildir.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayəti üzərində Ukraynaya məxsus raket məhv edilib
Şolz Rəfahda tammiqyaslı quru əməliyyatından danışıb
Rusiya və Şimali Koreya SSRİ-dən sonra ilk dəfə turist mübadiləsi aparıblar

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO