Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84428
az

"Kadırovun səhhəti pisləşir, üzü şişib, böyrəkləri..." - ŞOK İDDİA + FOTOLAR

18:4411 Mart, 2023
97
DÜNYA
  • A

Son günlər Çeçenistan rəhbəri Ramzan Kadırovun mediada yayılan fotoları müzakirələrə səbəb olub.

OXU24.COM  xəbər verir ki, görüntülərdən Kadırovun çəkisinin artmasını ehtimal etmək mümkündür.

Lakin Londonda mühacirətdə yaşayan çeçen siyasətçi Əhməd Zakayevin sözlərinə görə, Çeçenistan rəhbərinin üzü qəbul etdiyi dərmanlardan şişib və hazırda onun səhhətində problemlər var. O bildirib ki, Kadırov məhz bu səbəbdən fevralın 21-i Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində iştirak etməyib. 

 

Zakayev iddia edib ki, Kadırov uzun illərdir fəal qalması üçün müəyyən dərmanlar qəbul edir və artıq bu dərmanlardan asılı vəziyyətə düşüb: “Onun bu hala düşməsinə səbəb də məhz bu preparatlardır”. 

Jurnalist Ceyson Cey Smart isə öz mənbələrinə istinadən yazır ki, Kadırovun böyrəklərində problem var və vəziyyəti getdikcə pisləşir. 

Bir müddət əvvəl, Kadırovun görünüşünün qısa müddət ərzində dəyişməsi ilə bağlı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko, Almaniyanın “Bild” nəşri və digər KİV-lər də paylaşım edib. Ukrayna tərəfi isə öz növbəsində R.Kadırovun kökəldiyi ehtimalını irəli sürüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
ABŞ-da yeni
Bəy gəlini