Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84417
az

Pakistan böyük həcimdə Türkiyəyə yrdım göndərib

16:5911 Mart, 2023
91
DÜNYA
  • A

Pakistanın baş naziri Şahbaz Şərif fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbindən Türkiyəyə martın 23-dək 50 min qış çadırı göndərəcəklərini açıqlayıb.
 

Oxu24.com  xarici  mediaya istinadən  xəbər  verir  ki, yerli  mətbuatın məlumatına görə, Şərif Türkiyədə zəlzələ yardımının qiymətləndirilməsi üçün Lahorda keçirilən toplantıya sədrlik edib.

İclasda Gəlir və Maliyyə Naziri İshak Dar, yardım əməliyyatlarını həyata keçirən Plan və İnkişaf Naziri Əhsan İkbal və Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (NDMA) sədri general-leytenant İnam Haydar Malik iştirak edib.

Baş nazir Şərif 23 mart tarixinə qədər Türkiyəyə 50 min çadır göndəriləcəyini açıqlayıb  və çadırların qış şərtlərinə uyğun olmasını təmin etmək üçün NDMA-ya göstəriş verib.

Çadırlarla yanaşı, Türkiyəyə 38 min ədyal, Pakistan Beynəlxalq Hava Yolları (PİA) tərəfindən həyata keçiriləcək 34 uçuşla zəlzələdən zərər çəkən Suriyaya 22 min ədyal və 10 min ərzaq bağlaması göndəriləcək.

Pakistan Hərbi Dəniz Qüvvələrinin ikinci gəmisi bu gün Kəraçidən Türkiyəyə yola düşəcək. Fevralın 28-də donanmanın ilk gəmisi 1000 ton yardımla Türkiyəyə göndərilib.

Türkiyəyə 8200 çadır daşıyan mülki yük gəmisi də martın 9-da Kəraçidən yola düşüb.

Pakistan hökuməti indiyədək Türkiyəyə hava, quru və dəniz yolu ilə 17 mindən çox qış çadırı və 60 min ədyal göndərib.

Bundan əlavə, Al Khidmat Foundation, Edhi Foundation, Beytus Salam Welfare Foundation, Sailani Welfare Foundation və Pakistan Qızıl Aypara da Türkiyədə müxtəlif yardım fəaliyyətləri həyata keçirir.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makron: Fransa Rusiya ilə müharibə aparmır
ABŞ Ukraynaya qoşun yeritmək niyyətində olmadığını bildirib
Ərdoğandan HƏMAS-ın atəşkəsə razılıq verməsinə reaksiya

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO