Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84215
az

İsraildə etiraz aksiyaları davam edir

19:3809 Mart, 2023
140
  • A
İsrail şəhərlərində hökumətin təklif etdiyi məhkəmə islahatlarına qarşı etiraz aksiyaları davam edir. Oxu24.com “Ynet” portalına istinadən xəbər verir ki, ən böyük aksiyalar Tel-Əvivdə keçirilir. Məlumata görə, minlərlə etirazçı şəhərdə hökumət kompleksinin yaxınlığında əsas avtomobil yolunu bağlayıblar. Polislə etirazçılar arasında toqquşmaların baş verdiyi bildirilir. Aksiyalar zamanı azı 18 nəfər saxlanılıb. Yerli medianın məlumatına görə, ölkənin Baş naziri Benyamin Netanyahu bu gün Tel-Əvivdən İtaliyaya rəsmi səfərə yollanmalıdır. Etirazçılar öz avtomobilləri ilə hava limanına gedən yolu bağlamağa başlayıblar. Xatırladaq ki, İsraildə Nazirlər Kabinetinə qarşı ilk kütləvi etirazlar yanvarın əvvəli başlayıb. Aksiya iştirakçıları ölkənin Nazirlər Kabinetinin təklif etdiyi məhkəmə islahatına etiraz edirlər. Məhkəmə sistemində islahatları nəzərdə tutan qanun layihəsi fevralın 20-si birinci oxunuşda qəbul edilib. Dəyişikliklər hökumətin hakim seçimi ilə bağlı səlahiyyətini genişləndirir, eləcə də Ali Məhkəmənin qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdırır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ